Piyadaların nəzərinə - Qaydalar dəyişir+Video

piyadalarin-nezerine
Oxunma sayı: 9015

Magistral yollarda piyadaların vurulması tez-tez baş verir. Hazırda belə hadisələrdə piyada yüngül və ya ağır xəsarət alırsa, sürücü məsuliyyətə cəlb edilir. Ancaq mayın 1-dən cəza tədbirləri dəyişir.

“Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, magistral yollarda piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişir. Mayın 1-də qüvvəyə minəcək Yeni İnzibati Xətalar Məcəlləsinə görə bir sıra hallarda sürücülər məsuliyyət daşımayacaq.

Hazırkı qaydalara görə sürəti 110 km/saat olan yolda piyadanın vurulması nəticəsində o yüngül xəsarət alsa, onda sürücü 200 manat miqdarda cərimə edilir və sürücünün avtomobil idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.

Yeni qaydaya görə piyada yalnız yüngül xəsarət alarsa, sürücünün məsuliyyəti olmur. Yüngül xəsarət dərəcəsi isə Nazirlər Kabinetinin qaydalarında aydın şəkildə təsbit edilib.