Dünən gecə saatlarında Moskva polisi əksəriyyəti azərbaycanlılardan ibarət kriminal avtoritetlərin “sxodka”sının qarşısını alıb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, polis tərəfindən saxlanılan ümumilikdə yüzə yaxın avtoritetlərin bir hissəsi paytaxt kafelərindən birində, digər hissəsi isə hamamlardan birində ələ keçirilib.
Məlumata görə, 50-dən çox azərbaycanlı kafelərdən birində toplaşaraq üzvlərindən birinin “tacqoyma” mərasimini təşkil edib. “Qanuni oğru”lar və onları müşayiət edənlərin üzərində odlu silah aşkar edilib.
Moskva hamamında keçirilən “sxodka”da isə Rusiya və Zaqafqaziya ölkələrindən gələn avtoritetlər toplaşıblar. Onların üzərindən isə travmatik və döyüş tapançası götürülüb. Bütün saxlanılanlar polis bölməsinə aparılıblar.
Son xəbərlər
Son Xəbərlər