Polis rəisi 23 illik vəzifəsindən azad edildi

polis-reisi-23-illik-vezifesinden-azad-edildi
Oxunma sayı: 10004


“Qafqazinfo” azvision.az-a istinadən xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib.

Qeyd edək ki, polkovnik Səyyəddin Səfərov artıq 23 ildir ki, Zəngilan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov işğal olunmuş rayonların polis bölmələrinə kompleks-inspeksiya yoxlaması göndərib. İlk hədəfdə Zəngilan Rayon Polis Şöbəsi idi və orada DİN-in aidiyyəti əməkdaşları tərəfindən kompleks-inspeksiya yoxlaması aparılıb.