“Popuqaysız, hər məni görəndə bu sualı verirsiz?”

popuqaysiz-her-meni-gorende-bu-suali-verirsiz
Oxunma sayı: 728

Səsinin tonunu artıran Tağı Əhmədov “nədir, “popuqay”sız, hər məni görəndə bu sualı verirsiniz” deyə jurnalistlərini təhqir edib.
O həmçinin, media nümayəndələrini səviyyəsizlikdə ittiham edib: “İşiniz, gücünüz, yoxdur? Səviyyənizi, yerinizi bilin”. Bakı Metropoliteninin rəisi həmçinin, “Azadlıq” qəzetinə qarşı cərimə tələbindən də danışıb. «Qəzetiə kəsilən maliyyə sanksiyasından imtina edərsinizmi» sualına Tağı Əhmədov “xeyr” cavabını verib: “Sənin canın üçün, bu qəzeti bağışlayası deyiləm. “Azadlıq”a ən böyük güzəştimi etdim. Dedim ki, 10 ilə ödəsinlər. Özü də mən istəmirəm. Uşaq bağçasına versinlər. Baxçaya da pul lazımdır”.
“Baxçaya köməyinizi “Azadlıq”ın hesabınamı etmək istəyirsiniz” sualına Tağı Əhmədov “hə” cavabını verib./bizimyol.info/