Prezident daha bir icra başçısını işdən çıxardı - Yeni təyinat

prezident-daha-bir-icra-bascisini-isden-cixardi
Oxunma sayı: 12463

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Elçin Məmməd oğlu Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.

***

Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə yeni təyinat olub:

“Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.