Prezident icra başçısına orden verdi

prezident-icra-bascisina-orden-verdi
Oxunma sayı: 8046

Azərbaycan Prezidenti İlham Əliyev V.İ. Abdullayevin ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Vaqif İdris oğlu Abdullayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, V.Abdullayev Azərbaycan prezidentinin 10 aprel, 2012-ci il tarixli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.