Prezident Mərkəzi Bank haqda qanunu dəyişdi - 500 milyon manat

prezident-merkezi-bank-haqda-qanunu-deyisdi-
Oxunma sayı: 8094

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununa dəyişikliklər edib.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə görə, qanuna aşağıdakı məzmunda 5.0.6-1-ci maddə əlavə edilib.

“5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;”

Bundan başqa 10.2-ci maddədə “10” rəqəmləri “500” rəqəmləri ilə əvəz edilib.

Qeyd edək ki, 10.2-ci maddədə Mərkəzi Bankın Nizamnamə kapitalının 10 milyon manat olması göstərilirdi. Dəyişiklik nəticəsində nizamnamə kapitalı 500 milyon manata qədər artırılıb.