Prezident milyarderi belə pərt etdi - Video

prezident-milyarderi-bele-pert-etdi-
Oxunma sayı: 9021

Qazaxıstanda baş tutan Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitində maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Tennis Federasiyasının rəhbəri, milyarder Bulat Utemuratov gözlənilməz hadisə ilə qarşılaşıb.

Belə ki, milyarder sammit zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə selfie çəkdirmək istəyib. Bu addım qazax prezidentinin çox da xoşuna gəlməyib, dövlət başçısı şəkil çəkdirməkdən imtina edib.

Hadisə Qazaxıstan Azadlıq Radisonun kameralarında əks olunub.