Prezident Naftalanda müalicə olunacaq - Fotolar

prezident-naftalanda-mualice-olunacaq
Oxunma sayı: 5166

Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Azərbaycanda səfərdədir.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, prezident bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Prezidentə Nizami Gəncəvinin “Xəmsə”si hədiyyə olunub.

Görüşdən sonra açıqlama verən R. Abdulatipov səfərinin qeyri-rəsmi xarakter daşıdığını bildirib: “Azərbaycanda qeyri-rəsmi səfərdəyəm. Səfərimin məqsədi müalicə almaqdır. Naftalan şəhərində müalicə olunacağam. Səfər çərçivəsində Gəncə şəhər Heydər Əliyev Park kompleksində oldum. Çox möhtəşəm mərkəzdir. Mən Heydər Əliyevi həmişə özümə müəllim hesab etmişəm”.