Prezident ona general-mayor rütbəsi verdi

prezident-ona-general-mayor-rutbesi-verdi
Oxunma sayı: 15694

Azərbaycan Prezidenti İlham Əliyev Elxan İbrahimovun rütbəsini artırıb. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının sərəncamı ilə tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, E. İbrahimov hazırda Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavinidir. Bir müddət isə idarənin rəisi vəzifəsini icra edib.