Prezident özünə yeni köməkçi təyin etdi

prezident-ozune-yeni-komekci-teyin-etdi
Oxunma sayı: 11131

Prezident İlham Əliyev özünə yeni köməkçi təyin edib.

“Qafqazinfo” xəbər verir ki, prezidentin bu gün imzaladığı sərəncamla Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

Bu vaxta qədər o, Vergilər nazirinin birinci müavini vəzifəsini daşıyıb.