Prezident rəis və müavinə general rütbəsi verdi

prezident-reis-ve-muavine-general-rutbesi-verdi
Oxunma sayı: 9836

Azərbaycan Prezidenti İlham Əliyev İ.M.Bağırova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam verib.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini İsmayıl Məmmədəli oğlu Bağırova general-mayor ali hərbi rütbəsi verilsin”.

***

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova da general-mayor ali hərbi rütbəsi verilib.