Prezident şairin vida mərasimində - Dəfndən fotolar

prezident-sairin-vida-merasiminde
Oxunma sayı: 17252

Hazırda Təzə Pir məscidində Xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçirilir.

"Qafqazinfo" xəbər verir ki, vida mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq. 

***

Əməkdaşımızın məlumatına görə, prezident İlham Əliyev də Zəlimxan Yaqublunun vida mərasiminə qatılıb. 

Dövlət başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib.

***

Artıq Zəlimxan Yaqubla vida mərasimi başa çatıb və onun cənazəsi dəfn olunmaq üçün Birinci Fəxri Xiyabana doğru aparılır.

***

Xalq şairi dəfn olunub.

Fotolar: Nuran Məmmədov