Prezident səfirləri Bakıya niyə çağırdı? – - Səbəb açıqlandı

prezident-sefirleri-bakiya-niye-cagirdi-
Oxunma sayı: 4775


Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin Bakı görüşü iyulun 9-da keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov məlumat verib.

Səfir bildirib ki, diplomatların Bakıya gəlməsi xüsusi çağırış deyil, səfirlərin prezidentin iştirakı ilə keçirilən növbəti müşavirəsidir:

“İyulun 9-u həm Xaric İşlər Nazirliyinin 95 illik yubileyidir, həm də hər iki ildən bir səfirlərin müşavirəsi keçirilir. Səfirlərin Bakıda toplanması xüsusi çağırış deyil. 7-9 iyul tarixlərində Bakıda səfirlərin növbəti müşavirəsi olacaq”,-deyə D.Şikarov vurğulayıb.

Qeyd edək ki, 9 iyul Azərbaycanda diplomatiya günü kimi qeyd edilir. Azərbaycan Demokratik Respublikasının (ADR) xarici işlər nazirliyi 1918-ci ildə təyin olunsa da, əsmi sənəd yalnız 1919-cu ildə imzalandığı üçün bu gün diplomatiya günü tarixə düşüb.

Xatırladaq ki, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsi 2012-ci ilin iyul ayının 9-da keçirilmişdi.