Prezident təqaüdü verilənlərin ikisi bacıdır - Foto

prezident-teqaudu-verilenlerin-ikisi-bacidir
Oxunma sayı: 10138

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Prezident təqaüdünə layiq görülən tələbələrin ikisi - Həmidə və Nəzrin Sadıqovalar bacıdırlar.

Onlar Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alırlar.

Qeyd edək ki, ümumilikdə Prezident təqaüdünə layiq görülən gənclərin 10-u BDU-nun tələbələridir.

Xatırladaq ki, cari ilin yanvarın 1-dən Prezident təqaüdünün miqdarı 250 AZN-dir.