Prezidentdən işdən çıxarılan icra başçısı ilə bağlı - Sərəncam

prezidentden-isden-cixarilan-icra-bascisi-ile-bagli
Oxunma sayı: 13074

Prezident İlham Əliyev Mirdaməd Sadıqovla bağlı sərəncam imzalayıb. 

"Qafqazinfo" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Sadıqov 2013-cü il fevralın 14-dən 2020-ci il martın 5-dək İsmayıllı rayonunun icra başçısı vəzifəsində çalışıb.