Prezidentdən şirkət rəhbərinə - “Yaxşı maaş da verirsiz?”

prezidentden-sirket-rehberine-
Oxunma sayı: 12014

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, “Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov şirkət barədə məlumat verib. Dövlət başçısı Yeni Ağdağ gips zavodunda istehsal ediləcək məhsullara baxıb.

İlham Əliyev Yeni Ağdağ gips zavodunu işə salıb.

Sonra Prezident zavodun kollektivinin üzvləri ilə görüşüb söhbət edib:

İlham Əliyev: Maaş da yaxşı verirsiniz?

Elxan Bəşirov: Orta aylıq əməkhaqqı 600 manatdır.

İlham Əliyev: Siz necə, razısınız?

İşçilər: Bəli, çox razıyıq.

İlham Əliyev: Bu gözəl şəraitdə işləmək insanlara zövq verir. Təbrik edirəm. Fəaliyyətinizi daha da genişləndirin. Həm şirkət, həm ölkə iqtisadiyyatı, sənaye istehsalı inkişaf etsin. Şadam ki, 2016-cı ildə də belə gözəl müəssisələr açılır. İli yaxşı başlamışıq. “Mətanət-A” şirkətinin rəhbəri regional konfransda da çıxış etmiş, nailiyyətlər haqqında danışmışdı. Şadam ki, bu şirkət ölkəmizin sənaye inkişafına çox yaxşı töhfə verir. Dövlət də sizi dəstəkləyir. İqtisadiyyat Nazirliyinə göstəriş verilmişdir ki, bundan sonra da lazımi dəstəyi versin. Təki, siz daha da yaxşı işləyəsiniz, insanlar daha da yaxşı maaş alsınlar, xalqımız daha da yaxşı yaşasın. Təbrik edirəm sizi.