Prezidentin çıxışından yorulub getmək istədi, amma...- - Fotolar

prezidentin-cixisindan-yorulub-getmek-istedi-amma-
Oxunma sayı: 9560


“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, yarış zamanı ilk olaraq, jurnalistlərin oturduğu yer boşaldılıb. 

Tur başa çatdıqdan sonra isə səhnəyə prezident Rəcəb Tayyib Ərdoğan gəlib. O, idmançılara mükafatlarını vermək üçün podiumun qarşısında çıxış etməyə başlayıb.

Ərdoğanın çıxışı davam edərkən, gözləməkdən yorulan idmançı Mark Cavendish podiumdan enmək istəyib. Ancaq prezidentin mühafizəçiləri Cavendishin qolundan tutaraq, səhnəyə qaytarıblar.

Mark Cavendish mətbuat konfransı əsnasında ondan soruşulan, "10 dəqiqədən çox podiumda gözlədin, əsəbi görünürsən" sualına isə cavab verməyib.