“Prezidentin Xankəndidə dediyi sözlər hərbçilərimiz üçün stimul oldu”

prezidentin-xankendide-dediyi-sozler-herbcilerimiz-ucun-stimul-oldu
Oxunma sayı: 1580

“Ali Baş Komandanın Xankəndidəki oyundan əvvəl ordu haqda dediyi hər bir söz, verdiyi qiymət hərbi qulluqçularımız üçün böyük stimul oldu”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Baş Prokurorluğun təşəbbüsü ilə Abşeron Rayon Prokurorluğunda keçirilən tədbirdəki çıxışı zamanı Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.

O, Prezident İlham Əliyevin sözlərini orduda xidmət edən hər kəs üçün ruh yüksəkliyi kimi qiymətləndirib: “Prezident “Qarabağ” və Azərbaycan ordusunu təmsil edən MOİK arasında keçirilən matçın əvvəlində gözəl bir söz işlətdi ki, oyunun nəticəsindən asılı olmayaraq qalib dövlətimiz, millətimizdir. Ümumiyyətlə Ali Baş Komandanın həm oyundan əvvəl, həm digər çıxışlarında ordu haqda dedikləri bütün hərbçilərdə ruh yüksəkliyi yaradır”.

Sail Ağasəlim