Prezidentın xəbərdarlığından sonra...

prezidentin-xeberdarligindan-sonra
Oxunma sayı: 2990


“Qafqazinfo” xəbər verir ki, bu məlumatı Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev prezident İlham Əliyevin bir müddət əvvəl Nazirlər Kabinetində keçirilən müşavirədə yaşıllıqların məhv edilməsi ilə bağlı çıxışından sonrakı vəziyyəti şərh edərkən deyıb. Sektor müdiri bu sahədəki irəliləyişi nazirliyin qaynar xəttinə edilən şikayətlərin azalması ilə əsaslandırıb. “Cənab prezidentin çıxışından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında duran məsələlərin hamısını müzakirə etdi və konkret tədbirlər həyata keçirdi. Tədbirlər zamanı Bakı şəhəri üzrə yaşıllıqların imitizasiyası (hansı ərazidə nə qədər yaşıllıqlar olması) aparılır, maarifləndirmə işi gücləndirilib, müraciət olunan layihələrlə bağlı ekspert qrupları operativ şəkildə yerində baxış keçirərək müvafiq qaydada rəylər verir. Hansı ərazidə yaşıllıqlar varsa, ekspert rəyləri verilərək geri qaytarılır, onların yerləşdirilməsi məqbul hesab olunmur və təklif olunur ki, layihələr yaşıllıqsız, boş yerlərdə həyata keçirilsin”.

R. Mirzəyev bununla bağlı dəqiq statistika söyləyə bilməsə də, Bakı şəhərində 2013-cü ildə və 2014-cü ilin 1-ci rübündə çoxlu sayda ağac qırılması qeydə alındığını vurğuladı. “Bunun müqabilində nazirlik tərəfindən həmin təqsirkarlara cərimələr yazılaraq polisə müraciət edilib. Lakin dövlət başçısının haqlı çıxışından sonra müraciətlər yalnız təhlükəli ağacların budanması ilə bağlıdır”.

R. Mirzəyev Bakı şəhəri üzrə yaşıllığın daha çox məhv olunduğu rayonlarla bağlı məsələyə də aydınlıq gətirib: “2011, 2012, 2013 və 2014-cü ilin 1-ci rübündə yaşıllıq daha çox Nizami və Xətayi rayonlarında məhv edildiyi sirr deyil. Ayrı-ayrı şəxslərə qarşı cərimələr də tətbiq olunub, faktlarla bağlı həmin rayonların polis orqanlarına müraciətlər edilib. Buna dair məlumatlar sənədlərdə də var, bu reallıqdır. Lakin son dövrlərdə adı çəkilən ərazilərdə də yaşıllıqların qırılması ilə bağlı ciddi azalma müşahidə edilir”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə yaşıllıqların məhv edilməsinin əleyhinə olduğunu vurğulayaraq bildirərək demişdi ki, ictimaiyyəti də, onu da narahat edən məsələ ağacların kəsilməsidir: "Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya da kəsilə bilər”.