Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu - Yenilənib

prezidentlerin-nahar-esnasinda-genis-terkibde-gorusu-oldu
Oxunma sayı: 1725

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ruanda Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

Görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd ediblər, ölkələrimizin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etirilməsinin zəruriliyini vurğulayıblar. Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və “ASAN Xidmət” təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunulub.