“Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 27-ci müsabiqənin yazılı imtahan mərhələsində 171 hüquqşünas biliyini sınayır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, baş prokurorun müavini Heydər Məmmədov prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 27-ci müsabiqənin yazılı imtahan mərhələsi zamanı açılış nitqində deyib.
“Müsabiqə yolu ilə qulluğa qəbul olunmuş hüquqşünasların əksəriyyəti hazırda yuxarı təsnifatlı vəzifələrə irəli çəkilib. Baş Prokurorluğun müxtəlif strukturlarının rəhbərləri, eləcə də rayon və şəhər prokuroru kimi fəaliyyət göstərirlər. Dövlət başçısı tərəfindən onlara ali xüsusi rütbələr verilib” - deyə baş prokurorun müavini qeyd edib.
H.Məmmədov bildirib ki, bu gün 50 ştat vahidi üzrə 27-ci müsahibənin ikinci turu keçirilir: “Birinci turda müvəfəqiyyət qazanmış namizədlərdən 171-i bu gün öz biliyini sınayır. Hər bir gənc prokurorluq əməkdaşının nailiyyəti birinci növbədə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu və rezultativ gənclər siyasətinin təcəssümüdür”.

Son xəbərlər
Son Xəbərlər