Puqaçova geri dönüş olmadan İsrailə getdi - Foto

puqacova-geri-donus-olmadan-israile-getdi
Oxunma sayı: 6427

Müğənni Alla Puqaçova geri dönüş bileti olmadan İsrailə uçub.

“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, müğənni övladlarını - oğlu Harrini və qızı Elizabeti (onlar 2013-cü ildə surroqat anadan doğulublar) də özü ilə aparıb.

Puqaçovanın hava limanına gəlişini əks etdirən kadrlar dərc edilib. Müğənni ora gümüşü mikroavtobusla gətirilib.

Mətbuatda yayılan məlumata görə, Alla Puqaçovanın Rusiyaya gediş-dönüş bileti yoxdur.

Qeyd edək ki, sosial şəbəkədə yazdığı postda Puqaçova Ədliyyə Nazirliyindən əri Maksim Qalkinin (Rusiyada xarici agent kimi tanınan) ardınca onu da “xarici agentlər sırasına yazmağı” xahiş edib.

Aktyor Maksim Qalkin sentyabrın 16-da xarici agentlər siyahısına daxil edilib. Ədliyyə Nazirliyi hesab edir ki, Ukrayna onu “siyasi fəaliyyətlə məşğul olarkən” maliyyələşdirib.