Puqaçova ilə Qalkin Rusiyadan hansı ölkəyə gedib?

puqacova-ile-qalkin-rusiyadan-hansi-olkeye-gedib
Oxunma sayı: 5612

SSRİ Xalq artisti Alla Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkin övladları ilə bərabər İsraildədir.

“Qafqazinfo” xəbər verir ki, bunu ukraynalı müğənni Verka Serdüçka news.ru nəşrinə müsahibəsində deyib.

Qalkinlə danışdığını deyən ifaçı ailənin istirahətə yollandığını bildirib.

Serdüçkanın sözlərinə görə, ölkədən gedən digər ulduzlar sadəcə qorxurlar.

Qeyd edək ki, daha əvvəl Alla Puqaçova Rusiyadan mühacirət etməsi barədə xəbərləri təkzib etmiş, tezliklə geri dönəcəyini bildirmişdi.

Verka Serdüçka