Putin Almaniya Kanslerini də uzun masa arxasında qəbul etdi - Video+Yenilənib

putin-almaniya-kanslerini-de-uzun-masa-arxasinda-qebul-etdi
Oxunma sayı: 3334

Kremldə Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Olaf Şolts arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Danışıqlar Putinin fransalı həmkarı Emmanuel Makronla danışıqlar apardığı eyni uzun masa arxasında keçirilir. Belə təxmin edilir ki, Şolts da Fransa Prezidenti kimi Rusiyada PCR-test verməkdən imtina etdiyi üçün görüş uzun masa arxasında baş tutub.

Xatırladaq ki, Kreml Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə görüşdən əvvəl PCR-test verməkdən imtina etməsi barədə məlumatları təsdiq edib.

***

Putinlə Şoltsun görüşü başa çatıb. Görüş 3 saatdan çox davam edib. Rusiya lideri qeyd edib ki, söhbət işgüzar şəraitdə keçib, bütün məsələlər məzmunca və hərtərəfli müzakirə olunub. Onun sözlərinə görə, kansler Moskva ilə praqmatik ikitərəfli əməkdaşlığa sadiqdir.