Putin Azərbaycanla Ermənistana çağırış etdi

putin-azerbaycanla-ermenistana-cagiris-etdi
Oxunma sayı: 7899

“Rusiya ilə yaxın dövlətlər arasında istənilən münaqişəli vəziyyət bizi ciddi şəkildə narahat edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə əməl etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına riayət etməyə çağırırıq”, - deyə Putin qeyd edib.

Onun sözlərinə görə, mübahisəli ərazi məsələlərinin həlli Rusiya tərəfinin konsultativ köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiya çərçivəsində peşəkar birgə fəaliyyətdədir.