“Putin nə düşünübsə, onu da edəcək” - Ərdoğan

putin-ne-dusunubse-onu-da-edecek
Oxunma sayı: 9450

“Mənim tanıdığım Putin nə düşünübsə, onu da edəcək”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ukraynanın bəzi vilayətlərində Rusiyaya daxil olmaqla bağlı “referendum”ların keçirilməsi və Rusiyanın qismən səfərbərliyə dair qərarı narahatlıq doğurur.

O bildirib ki, bu cür hadisələr diplomatik prosesi canlandırmaq səylərini çətinləşdirir və qeyri-sabitliyin dərinləşməsinə gətirib çıxarır.

Ərdoğan, həmçinin bu gün Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmaq niyyətində olduğunu da qeyd edib.