Putin onunla Ukraynadakı vəziyyəti müzakirə edəcək

putin-onunla-ukraynadaki-veziyyeti-muzakire-edecek
Oxunma sayı: 774

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

“Bu gün fikir mübadiləsi zamanı, şübhəsiz ki, bu məsələyə lazımi diqqət yetiriləcək”, - Putin bildirib.

Onun sözlərinə görə, Belarus və Belarus liderinin mövqeyi məlumdur və prezidentər bu böhranın sülh yolu ilə həlli məsələlərini daim müzakirə edirlər.

Qeyd edək ki, Minskdə səfərdə olan Rusiya lideri bu gün belaruslu həmkarı ilə İttifaq dövlətinin Ali Dövlət Şurasının iclasını keçirəcək.