“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, xanım Klinton Putinin sıradan biri olmadığını, Moskva ilə davamlı qarşılıqlı əməkdaşlıq edilməsinin lazım olduğunu bildirib.
Glen şəhərində (ABŞ) tərəfdarlarıyla bir araya gələn Klinton Vaşinqtonun Putin ilə əlaqələri mövzusunda daha ağıllı davranmasının lazım olduğunu qeyd edib. O, Putin ilə qarşılıqlı əməkdaşlıq edilməsinə dəvət edib.
Keçmiş nazir “Hard Choices” (Zor arzularım) adlı kitabında Barak Obama rəhbərliyində çalışdığı sırada prezidenti gələcəkdə Rusiya ilə çətin günlərin yaşanacağı mövzusunda xəbərdar etdiyini izah etmişdi.
Son xəbərlər
Son Xəbərlər