Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ keçirməyə çağırdı

putin-ukrayna-herbcilerini-hakimiyyeti-ele-kecirmeye-cagirdi
Oxunma sayı: 5242

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini ölkədə hakimiyyəti öz əllərinə almağa çağırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Kreml rəhbəri bu barədə Təhlükəsizlik Şurasının iclasında deyib:

“Hakimiyyəti öz əlinizə alın. Görünür, bu, olacaq. Kiyevdə məskunlaşan və bütün Ukrayna xalqını girov götürən bu narkoman və neonasist dəstəsi ilə danışıqlar aparmaqdansa, görünür, bizim üçün sizinlə danışıqlar aparmaq daha asan olacaq”.

Putin həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.

"Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə bir daha müraciət edirəm - neonasistlərə və banderaçılara uşaqlarınızdan, arvadlarınızdan və qocalarınızdan canlı qalxan kimi istifadə etmələrinə icazə verməyin".