Putin Ukraynadakı vəziyyətin həlli üçün şərtlərini açıqlayıb

putin-ukraynadaki-veziyyetin-helli-ucun-sertlerini-aciqlayib
Oxunma sayı: 13197

Rusiya Prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla söhbətində vurğulayıb ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

“Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - məlumatda deyilir.