Rusiyada yaşayan azərbaycanlı biznesmen Telman İsmayılovun Putin hakimiyyətilə 6 ildir davam edən mübarizəsi boşa çıxıb.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iş adamının İzmaylovski parkında kirayə götürdüyü 80 milyon dollarlıq ticarət kompleksi qeyri-qanuni tikili kimi tanına bilər.
Moskva hökuməti azərbaycanlı biznesmenə məxsus olan, İzmaylovski parkının daxilindəki “Ruslayna - 2000” açıq-səhmdar cəmiyyətinin 1,2 hektar sahəsini 25 illik kirayə verməyi nəzərdə tutub.
Qeyd edək ki, Telman İsmayılov sözügedən ticarət kompleksinə görə Rusiya hökumətinə ildə 35 – 45 milyon rubl ödəyirdi.
Son xəbərlər
Son Xəbərlər