“Putinin Türkiyəyə səfərinə fəal hazırlıq gedir”

putinin-turkiyeye-seferine-feal-hazirliq-gedir
Oxunma sayı: 1708

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri fəal hazırlıq mərhələsindədir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib.

“Hazırda biz səfərə çox intensiv hazırlıq getdiyini görürük. Bu prosesdə həm iqtisadi, həm də siyasi olmaqla, Rusiyanın demək olar ki, bütün əsas qurumları iştirak edir. Səfərin baş tutacağı yekun tarix razılaşdırılma mərhələsindədir”, - deyə Uşakov bildirib. 

Qeyd edək ki, Kremlin rəsmi sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putinin Türkiyəyə səfəri Rusiyada seçki dövrü və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın qrafiki nəzərə alınmaqla müəyyən ediləcək.