Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin son oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, cari pley-off mərhələsinə dörd qarşılaşma ilə yekun vurulur.
İlk oyun günündə “Atalanta” klubu “Borussiya Dortmund”la, “Real Madrid” klubu “Benfika” ilə, “Yuventus” klubu “Qalatasaray” ilə, PSJ klubu isə “Monako” ilə üz-üzə gələcək.
***
“Yuventus” – “Qalatasaray” matçı başladı.
“Qalatasaray”ın qapısına penalti təyin olunur. “Yuventus”un kapitanı Manuel Lokatelli 37-ci dəqiqədə hesabı açır.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Qatti 70-ci dəqiqədə hesab arasındakı fərqi artırır.
***
“Yuventus”un oyunçusu Lloyd Kelli qırmızı kartla meydandan uzaqlaşdırıldı.
***
82-ci dəqiqədə Makkeni üçüncü qolu vurub ümumi hesabı bərabərləşdirir. (5:5)
***
90 dəqiqəlik əsas mübarizə bitdi. Komandalar əlavə hissələrdə münasibətlərinə aydınlıq gətirəcəklər. Hazırkı hesab 3:0 “Yuventus”un xeyrinədir.
***
Əlavə dəqiqələr oynanılır.
***
Osimhen 105-ci dəqiqədə “Qalatasaray”ı önə keçirən qolu vurur. Hazırda hesab 1:3, ümumi 6:5-dir.
Son xəbərlər
Son Xəbərlər