Qalmaqallı parkla bağlı İcra Hakimiyyətindən sərt- - Açıqlama

qalmaqalli-parkla-bagli-icra-hakimiyyetinden-sert-
Oxunma sayı: 5192


Hazırda müzakirə edilən əsas mövzu isə büstün yerləşdiyi parkın hansı qurumun tabeliyində olmasıdır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov parkın Gəncə Şəhər İcra Hakimiyyətinin balansında olmasını bildirsə də, qarşı tərəf əksini deyir. 

Gəncə Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya göndərilən açıqlamada bu sözlərin həqiqəti əks etdirmədiyi qeyd edilib:

““Azərbaycan Dəmir Yolları” QSC-dən tərəfindən İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edilib. Və onlara bildirilib ki, təhvil-təslim işləri xüsusi komissiya yaradılaraq həyata keçirilə bilər. Amma təəssüflər olsun ki, bu proses onlar tərəfindən reallaşmayıb və ortada heç bir təhvil-təslim işi aparılmayıb”. 

Açıqlamaya əsasən, həmin məktub “Azərbaycan Dəmir Yolları” tərəfindən təhrif olunub:

“Onlar sanki məsuliyyətdən qaçırlar. Həmin qurumun balansında 200-dən çox mənzil, park, su idarəsi, xəstəxana, yaşayış binası və çoxlu kommunal təyinatlı obyektlər var. Hazırda da əhaliyə həmin QSC-nin tərkibində olan qurumlar tərəfindən xidmət göstərilir. Bundan qaça bilməzlər. Bir daha qeyd edək ki, hər hansı obyektin İcra Hakimiyyətinin balansına keçməsi prosesi yalnız qanuni şəkildə, komissiyanın iştirakı ilə mümkündür ki, bu proses də həyata keçirilməyib.

Onlar məktubu təhrif etməklə prosesi şübhə altına alırlar. Təhrif olduğu üçün də bu gün obyektlərin təhvil götürülməsindən heç bir söhbət gedə bilməz”.