Qarabağ erməniləri ilə görüş Bakıda keçirilə bilər

qarabag-ermenileri-ile-gorus-bakida-kecirile-biler
Oxunma sayı: 4004

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.