“Qarabağ” “Marsel”ə uduzdu - Yenilənib+Video

qarabag-marsele-uduzdu
Oxunma sayı: 13934

Azərbaycanın avrokuboklardan yeganə təmsilçisi “Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. 

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası Fransada “Marsel”lə üz-üzə gələcək.

“Velodrom” stadionunda keçiriləcək oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

 Ağdam təmsilçisi tarixində ilk dəfə avrokuboklarda pley-off mərhələsinə yüksəlib. Bu, həm də, Azərbaycan futbolu tarixində ilkdir. “Qarabağ” çətin səfər matçından sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Baxmayaraq ki, rəqib Fransanın köklü klublarından biridir və Liqa 1-də PSJ-dən sonra 2-ci pillədə qərarlaşıb.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 fevral

 
00:00. Marsel – Qarabağ
Baş hakim: Nikola Dabanoviç (Monteneqro).
Fransa, “Velodrom” stadionu.

***

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu gecə keçiriləcək "Marsel" - "Qarabağ" matçı üçün heyətlər açıqlanıb.

Komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Marsel": 30. Stiv Mandanda, 29. Pol Lirola, 5. Leonardo Balerdi, 4. Bubakar Kamara, 3. Alvaro, 14. Luan Peres, 17. Cengiz Ünder, 8. Gerson, 22. Pape Qeye, 20. Konrad De La Fuente, 9. Arkadiuş Milik

Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Genduzi, 7. Amin Arit, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 15. Due Çaleta-Tsar, 23. Sead Kolaşinats, 31. Yuqo Bertelli, 46. Aylan Benyahya Tani

"Qarabağ": 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 81. Kevin Medina, 29. Marko Veşoviç, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borges, 10. Abdella Zubir, 25. İbrahima Vadji

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə

***

Matç başladı.

***

Ev sahibi hesabı açır. Qolu oyunun 41-ci dəqiqəsində Arkadiuş Milik vurdu.

***

Arkadiuş Milik matçın 44-cü dəqiqəsində dubl edir.

***

Birinci hissə başa çatdı.

***

Oyunun 86-ci dəqiqəsində Kadi hesab arasındakı fərqi azaldır.

***

Əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə Dmitri Payet komandasının üçüncü qolunu vurdu.

***

Matç "Marsel"in qələbəsi ilə başa çatdı - 3:1.

Xatırladaq ki, komandalar arasında cavab qarşılaşması fevralın 24-də Bakıda keçiriləcək.