“Qarabağ” mərhələ adlayıb - “Viktoriya”ya rəqib oldu

qarabag-merhele-adlayib
Oxunma sayı: 10169

Bu gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Lüksemburq təmsilçisi "F91 Düdelanj"ın qonağı olacaq.

"Qafqazinfo" xəbər verir ki, sözügedən qarşılaşmanı Ağdam klubunun rəsmi "Youtube" kanalı canlı yayımlayacaq.

20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan)

İlk oyun: 0 - 2

Canlı yayım: "Qarabağ" klubunun rəsmi "Youtube" kanalı.

***

Oyun başladı.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

Oyunda hesab açıldı. "Düdelanj"ın futbolçusu Momar Ndiaye 72-ci dəqiqədə "Qarabağ"ın qapısından qol keçirir. 

***

Reynaldo 91-ci dəqiqədə hesabı bərabərləşdirir. Hesab 1:1.

***

Oyun başa çatdı. "Qarabağ" növbəti mərhələdədir. 

***