“Qarabağ” növbəti mərhələdə - Fotolar+Video

qarabag-novbeti-merhelede
Oxunma sayı: 10525

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu II təsnifat mərhələsində Bakıda Moldova çempionu "Şerif"i qəbul edib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası növbəti mərhələyə yüksəlib.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi
26 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) - 2:1

Qol: Uroş Matiç, 22 (pen), Mahir Emreli, 63 - Kastaneda, 78

Qırmızı vərəqə: Abanq, 37
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)

Fotolar: Pərvin Zeynal