“Qarabağ”da ciddi itki

qarabagda-ciddi-itki
Oxunma sayı: 6159

“Qarabağ”ın futbolçusu Olavio Juninyo zədələnib.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın 23-cü turundan təxirə salınan “Qəbələ”yə qarşı matçda zədə alıb. Bu səbəbdən o, 40-ci dəqiqədə Leandro Andrade ilə məcburi əvəzlənib.

Zədənin nə dərəcədə ciddi olub-olmadığı hələ bilinmir.

Qeyd edək ki, Juninyo bu mövsüm Premyer Liqada 15 qolla bombardirlər siyahısında liderdir.