“Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq” - Lavrov

qarabag-munaqisesinin-qaynar-fazasindan-cixiriq
Oxunma sayı: 3830

“Dağlıq Qarabağ münaqişəsi hələ qaynar fazadan çıxmaqdadır”.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan erməni həmkarı Ara Ayvazyanla danışıqlar zamanı deyib.

“Biz indi-indi Dağlıq Qarabağ münaqişəsinin qaynar fazasından çıxırıq. Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı 10 noyabr bəyanatının əhəmiyyətini hamı etiraf etmək məcburiyyətindədir, hansı ki, müharibəni dayandırıb”, - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə birdəfəlik yardım ayıracaq.