Qardaşına donor olan Nərminin vəziyyəti pisləşdi

qardasina-donor-olan-nerminin-veziyyeti-pislesdi
Oxunma sayı: 11361

Bir neçə gün əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyovanın səhhəti ağırlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu səbəbdən ifaçı təcili olaraq reanimasiyaya yerləşdirilib.

K. Kərimbəyovun səhhəti isə yaxşılaşmağa doğru gedir.

Qeyd edək ki, Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkir. Donor transplantasiyası Türkiyədə gerçəkləşdirilib.