Qəbələdə ağır qəza, bir ailənin 3 üzvü öldü, 3-ü yaralandı - Yenilənib

qebelede-agir-qeza-bir-ailenin-3-uzvu-oldu-3-u-yaralandi
Oxunma sayı: 7906

Qəbələ rayonunun Savalan kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Yusifova Vilayət Baxış qızının meyitini deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

***

Qəbələdə baş verən ağır qəzada ölənlərin sayı 3-ə çatıb.

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, hadisə Ağdaş-Zarağan avtomobil yolunun, rayonun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun sükanı arxasında olduğu “VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-2107”-də olan 1964-cü il təvəllüdlü Vilayət Baxış qızı Yusifova hadisə yerində ölüb. Avtomobilin sürücüsü N.Yusifov və sərnişini, 2019-cu il təvəllüdlü Dəniz Ramil qızı Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, xəstəxanada keçiniblər.

“VAZ-2017”də olan 36 yaşlı Mehriban Məmmədova, 24 yaşlı Xəyalə Bəkirova və 7 yaşlı İsmayıl Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, qəzada ölən və yaralananlar bir ailənin üzvləri və yaxın qohumlardır.

Faktla bağlı araşdırma aparılır.