Qubada iki gün əvvəl törədilən qətlin üstü açılıb.
“Qafqazinfo”nun məlumatına görə, Baş Pokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən APA-ya verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Quba rayonunda fəaliyyət göstərən istirahət mərkəzlərindən birində üzərində xəsarətlər olan 35-40 yaşlarında naməlum qadın meyitinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, dərhal hadisə yerinə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova olması müəyyən edilib.
Cinayətin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2 gün əvvəl Qəşrəşdəki "Retro" istirahət mərkəzində üzərində çoxsaylı xəsarətlər olan qadın meyiti tapılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, meyit 20 oktyabr 1978-ci il təvəllüdlü Könül Zalovaya məxsusdur və o, qeyri-sağlam həyat tərzi sürürmüş.
38 yaşlı qadını qətlə yetirən Elməddin Əhmədov isə onunla birgə istirahət mərkəzinə gəlib və qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşıb.
Araşdırmalar davam etdirilir.








Son xəbərlər
Son Xəbərlər