Qəzadan 15 gün sonra onlarla vida mərasimi keçirildi - Fotolar

qezadan-15-gun-sonra-onlarla-vida-merasimi-kecirildi
Oxunma sayı: 3293

Rusiyada qəzaya düşən İl-76 təyyarəsinin həlak olan ekipaj üzvləri ilə pilotların vətəni Orenburqda vida mərasimi keçirilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, vətəndaşlar mayor Stanislav Bezzubkin, leytenant Vladislav Çmiryev, mayor Aleksey Vısokin, kapitan Andrey Piluyev, gizir Sergey Jitenev, eləcə də baş gizir İqor Sablinski ilə vidalaşıblar.

Daha sonra dəfn mərasimi baş tutub.

Xatırladaq ki, İl-76 yanvarın 24-ü Belqorod vilayəti yaxınlığında qəzaya düşüb. Təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin mübadilə üçün göndərilən 65 əsgəri, 3 müşayiətçi və 6 ekipaj üzvü olub. Onların hamısı hadisə nəticəsində həlak olub.