Qəzzada atəşkəs sabahdan qüvvəyə minəcək

qezzada-ateskes-sabahdan-quvveye-minecek
Oxunma sayı: 1015

Qəzzada atəşkəs cümə günü yerli vaxtla səhər saat 7-də (Bakı vaxtı ilə 09:00-da) başlayacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sabah 13 qadın və uşaq da daxil olmaqla, əsirlikdə olan mülki şəxslərin ilk dəstəsi saat 16:00 radələrində təhvil veriləcək.