Qəzzada ölən BMT əməkdaşlarının sayı 132-yə çatıb

qezzada-olen-bmt-emekdaslarinin-sayi-132-ye-catib
Oxunma sayı: 911

BMT Qəzzada 132 əməkdaşının öldürüldüyünü açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb.

Açıqlamada Qəzza zolağında əhalinin 85 faizini təşkil edən 1,9 milyon fələstinlinin didərgin düşdüyü, dekabrın 5-dən etibarən isə 1,2 milyon fələstinli məcburi köçkünün Qəzza daxilində UNRWA-nın 155 obyektinə sığındığı qeyd edilib.