Qobustanda mikroavtobus aşdı, 2 ölü, 5 yaralı - Fotolar

qobustanda-mikroavtobus-asdi-2-olu-5-yarali
Oxunma sayı: 4007

Qobustanda mikroavtobus aşıb, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax​ yolunun 94 km də, Qobustan rayon ərazisindən​ keçən ərazisində​ baş verib.

İlkin məlumatlara görə, Bakıdan Şamaxı istiqamətində hərəkət edən sərnişin mikroavtobusu yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Ölən və xəsarət alanların şəxsiyyəti hələlik dəqiq bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Mikayılov