Qohumunu və özünü güllələdi - - Dəhşətli qətl + Fotolar

qohumunu-ve-ozunu-gulleledi-
Oxunma sayı: 6812


“Qafqazinfo” APA-ya istinaən xəbər verir ki, hadisə  bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il  təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.

Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək  intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Firdovsi Təhməzovun güllələdiyi Natiq Təhməzov onun bibisi oğludur.

“Qafqazinfo” hadisə ilə bağlı fotoları təqdim edir: