Qoşqar Hacıyev vəfat etdi

qosqar-haciyev-vefat-etdi
Oxunma sayı: 13396

Aprel döyüşlərində başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyev vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, qazinin qohumlarının yaydığı məlumata əsasən, o, dünən axşam saatlarında dünyasını dəyişib. 

Bildirilib ki, axşam vəziyyəti dəyişən qazi həkim müdaxilələrinə baxmayaraq həyatını itirib.

Qeyd edək ki, qazi həm Azərbaycanda, həm də Türkiyədə müalicəsini davam etdirirdi. Başında çoxsaylı qəlpələr olan Qoşqar Hacıyev uzun müddət komada qalıb.